İlk dəfə praktik təcrübə qazanmaq və ya elm və texnologiya dünyasının qapısını aralamaq fikrinə düşmüsənsə, Hyrkan, kəşflər səyahətinə başlamağın üçün ən gözəl yerdir.

AÇIQ ZEHİNLİLƏR, XOŞ GƏLİBLƏR

Yeni perspektivlər və isti ideyalar Hyrkan’ın uğurunun özəyidir. Buna görə gənclərə karyeralarını bizimlə başlamaqları üçün çoxsaylı yollar təklif edirik. Tələbə və məzunların individual ehtiyacları və istəklərinə uyğun çevik iş imkanları təmin edirik. Fərqi yoxdur Sən ilk biznes kontaktını qurursan və ya komandamızın daimi üzvü olmaq istiyirsən, Hyrkan’da özünə həm professional həm də personal səviyyədə dəstək və inkişaf imkanları tapacaqsan.

STAJOR KİMİ DƏ OLSA, TƏKİ BAŞLA

Hər il onlarla stajoru qəbul edib, onların bizim işimiz haqqında fikirlərini və müşahidələrini eşidirik, və əmin olmaq istəyirik ki, onlar elə ilk gündən komandanın üzvüdürlər və məsuliyyəti dərk edirlər. Öz həmfikirlərin və həmyaşıdlarınla Hyrkan’dakı stajor müddətində dəyərli təcrübə qazanacağından əmin ol.

BAKALAVR, MAGİSTR VƏ YA DOKTORANTURA TEZİSİNLƏ DAHA DA İŞİN İÇİNƏ GİR

İdeyalarını praktikada reallaşdırmaq üçün professional həyata qədəm qoymaqdan yaxşı yol varmı? Xüsusi bir şirkətə aid biz mövzunu araşdıran tesizlə, akademik maraqlarını gələcək fəaliyyət sahəndə Sənə köməy olacaq praktiki vərdişlərlə birləşdir. Akademik həyatdan sənayedəki vəzifənə atlamaqdan çəkinmə ki maraqlarının Səni apardığı hər yerə gedə biləsən.

MARAQLIDISA, AŞAĞIDAKI MƏRHƏLƏLƏRİ ATLA:

1. Мüraciət et Saytın əlaqə bölməsindəki emailə yaz. Namizəd profilini doldur və spesifik işə müraciət et.
2. Biz baxaq Ərizənlə yaxından tanış olaq. 3-4 həftə ərzində Sənə geri dönək. Pozitiv təəssurat yaratmısansa, seçim prosesinə daxil olursan.
3. Biz qiymətləndirək İş başında lazımsansa, bizim Vistural Qiymətləndirmədən keç. Telefon, video/skype və ya üz üzə intervyü.
4. Birlikdə qərar verək Çox güman ki, bizə lazımsan. Ümid edirik, bizi növbəti iş yeri kimi görürsən. Elədirsə, formal iş təklifində (əmək müqaviləsi) razılaşaq.
5. Və qoşul bizə Tanış olmağa başlayaq. Şirkəti və fəaliyyətini dərindən öyrən. Özünü işdən qırağa vermə.