Süd məhsulları üzrə texnoloq

Hyrkan Group süd məhsulları üzrə təcrübəli texnoloq axtarışındadır.

Tələblər:

* Qida Texnoloqu və ya Qida Mühəndisi və ya Qida Məhsulları üzrə Bakalavr və ya Magistr təhsili
* Minimum 2-3 il süd məhsullarında sənaye təcrübəsi
* Süd məhsularının yoxlanması və emalında güclü biliyi
* Güclü sənədləşdirmə, təşkilati və vaxt menecmenti təcrübəsi
* Süd məhsullarının kimyası üzrə qənaətbəxş biliyi
* Müştərilərə texnoloji yardımda təcrübə
* İngilis dilində mükəmməl yazılı və danışıq kommunikasiyası bacarığı
* Güclü kommunikasiya bacarığı

Vəzifələr:

Texnoloq, süd məhsulları seqmentində texnoloji xidmətə cavabdeh olmalıdır.

Məhsul təkmilləşdirmə və yeni məhsul inkişaf layihələrində, həmçinin hər hansı texnoloji sual və problemlərin həll olunmasında müştərilərə texnoloji partnyor olmalıdır.

Yeni məhsulları, trendləri təqdim etmək və müştəri-təchizatçı əlaqəsini gücləndirmək üçün, müntəzəm olaraq müştəriləri ziyarət etməlidir.

Süd məhsulları bazarının yeni tələbləri və texnoloji yeniliklərlə bağlı müştərilərin R&D bölmələri ilə birgə, sıx çalışmalıdır.

Müştəri tərəfindən qarşıya qoyulmuş tapşırıqların müəyyən olunması, tədqiqi və aidiyyətli şəxslərlə birgə həll olunmasına nail olmalıdır.

* Müştərilərin ehtiyaclarının texnoloji koordinasiyası, problemlərinin analizi və həlli
* Bakı və regionlarda yerləşən süd emalı müəssisələrinə məntəzəm ziyarət
* Müştərilərə texnoloji təlimlərin təşkili
* Geniş lahiyə planlaşdırılması və kontrolu
* Texnoloji məlumatların, reseptlərin və marketing materiallarının təşkili və təmini
* Lahiyələrin inkişafının və performansının monitorinqi
* Cari və potensial müştərilərə məhsulların təqdimatı və satışı
* Əvvəlki müştərilərin qazanılması və yenilərinin tapılması üçün Marketinq Strategiyalarının işlənməsi

İş şəraiti:

* AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
* Həftədə 5 iş günü
* Nəqliyyat vasitəsinin olması üstünlükdür

CV üçün ünvan: office@hyrkangroup.com